Ana Sayfa > Seçki 2024 > Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir


7-04-2023, 21:53. Yazar: sevinc1
Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq.
Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
İqtisadi münasibətlərə gəlincə, 2008-ci il fevralın 7-də Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya yaradılıb. İndiyədək komissiyanın beş iclası keçirilib. Sonuncu iclas ötən il fevralın 22-23-də Düşənbədə baş tutub. 13 fevral 2008-ci ildə Prezident İlham Əliyev Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın həmsədriBobozoda Qulomconun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın işçi qrupunun iclasının işə başlamasının ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub. İkitərəfli əməkdaşlığın hüquqi bazasını, əməkdaşlığın müxtəlif sferalarını tənzimləyən təqribən 62 saziş təşkil edib. Hüquqi müqavilə bazasının əsası iki ölkənin liderlərinin rəsmi səfərlərinin nəticələrinə əsasən formalaşıb. Bu ikitərəfli sənədlər siyasi, iqtisadi, ticari, investisiya, sənaye, nəqliyyat, turizm, elmi-texniki sahədən mədəni-humanitar sahəyədək müxtəlif sferaları, habelə hüquq-mühafizə orqanlarının əməkdaşlığını əhatə edib.
11 noyabr 2009-cu ildə isə Tacikistan prezidenti bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevi qəbul edib. Görüşdə hərbi və hərbi-texniki əməkdaşlığa dair məsələlər, qoşunların döyüş hazırlığının artırılması, hərbi kadrların hazırlanması və elmi əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyin zəruri olduğu bildirilib. Emomali Rahmon Tacikistanla Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək, iki ölkənin müdafiə qurumları arasında da münasibətlərin bu səviyyəyə çatacağından əminliyini ifadə edib.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
İki ölkə arasında münasibətlərin bu cür dinamik inkişafı iqtisadi sahədə yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.

Aidə Məhərrəmova
ADPU
Geri dön