Ana Sayfa > Özəl > Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur


7-04-2023, 21:49. Yazar: sevinc1
Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

Azərbaycan ilə Tacikistan münasibətlərinin tarixi qədim tarixə malikdir. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Onların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. İki ölkə arasında diplomatik münasibətlər mövcuddur. Bu münasibətlər 1992-ci ilin mayın 29-da qurulmuşdur. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır. 2 oktyabr 2006-cı il tarixli qanun ilə Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) Səfirliyi təsis edilmişdir.
İki ölkə arasında siyasi əlaqələr kimi iqtisadi əlaqələrin də inkişafında artım tempi müşahidə olunur. Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsinin həcmi artır. İki ölkənin iş adamları arasında sıx əlaqələrin qurulması, birgə biznes-forumların keçirilməsi, hər iki ölkədə təşkil olunan müxtəlif beynəlxalq sərgilərdə iştirak ticarət əlaqələrini daha da şaxələndirməyə, ticarət dövriyyəsinin həcmini artırmağa imkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına aprelin 6-da səfər edib. Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ölkə prezidentlərinin geniş təkibdə və təkbətək görüşü baş tutdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Respublikası hökuməti ilə Tacikistan hökuməti arasında 35 sənəd imzalanmışdır. Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon 11 iyul 2012-ci il tarixində “Heydər Əliyev ordeni” ilə təltif edilmişdir.
Ölkələr arasında iqtisadi əlaqələr mövcuddur. Tacikistanda havaların şaxtalı keçməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyanı aradan qaldırmaq üçün Tacikistan hökumətinin müraciətini nəzərə alaraq Azərbaycan tərəfindən 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Tacikistana bir milyon ABŞ dolları məbləğində humanitar yardım edilmişdir.
Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi tanıdıb və ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənib. Bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəldib. Azərbaycan Prezidentinin həm xarici səfərləri, həm də ölkəmizə təşrif buyuran dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər, imzalanan strateji tərəfdaşlıq sazişləri respublikamızın ayrı-ayrı dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir.

Ağaquliyeva Aytac
Nəsimi rayon sakini
Geri dön