Ana Sayfa > Özəl > Dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub


7-04-2023, 16:38. Yazar: sevinc1
Dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Valeh Tağıyevə hökm oxunub və ona 7 il 6 ay həbs cəzası verilib.

Aia.az xəbər verir ki, qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, V.Tağıyev 6 nəfərə qarşı 200 min manatdan çox dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.


aia.az
Geri dön