Ana Sayfa > Özəl > Makron Çin liderinin mövqeyini dəyişdirə bilmədi

Makron Çin liderinin mövqeyini dəyişdirə bilmədi


7-04-2023, 12:15. Yazar: sevinc1
Makron Çin liderinin mövqeyini dəyişdirə bilmədi

Gözlənildiyi kimi, həm ölkəsində, həm də dünya siyasi aləmində artıq nüfuzunu xərcləyən Fransanın prezidenti Emanuel Makron, Çin Xalq Respublikasının lideri Si Tzenpini Ukrayna ilə bağlı mövqeyini dəyişməyə məcbur edə bilməyib.

Birləşmiş Ştatların Politica jurnalının, Fransa xarici işlər nazirliyindəki mənbələrinə istinadən yazdığına görə, "Fransa prezidenti Emanuel Makron Si Tzenpini Ukrayna ilə müharibə aparan Rusiyaya hərbi kömək məqsədilə heç nə göndərməməyə çağırıb. Çin lideri isə cavabında bildirib ki, bu müharibə onların müharibəsi deyil".

Bundan başqa Politico vurğulayıb ki, ikitərəfli şəxsi görüş zamanı Fransa prezidenti, çinli həmkarından iki dəfə çox danışıb. " Makron danışdıqca, Çin lideri Si ara-sıra səbri tükənmiş və bir az da qıcıqlanmış halda həmkarına qulaq asırdı"- deyə məqalədə bildirilir.

Makronun Çinə səfəri ərəfəsində, "Mən, Si Tzepini Ukraynaya dəstək verməsinə əmin edəcəm"- deyə özündən razı bəyanat verməsi uğursuzluqla nəticələnsə də, diplomatik qaydalara uyğun olaraq Çin dövlətinin başçısı bildirib ki, fransız lideri ilə görüşləri dostluq şəraitində keçib və onların arasında geniş spektrdə müzakirələr aparılıb.



Geri dön