Ana Sayfa > Karusel / Özəl / Dünya > Litva prezidenti Sov.İKP üzvü olmasını cavanlıq səhvi kimi təqdim edib

Litva prezidenti Sov.İKP üzvü olmasını cavanlıq səhvi kimi təqdim edib


6-04-2023, 15:11. Yazar: sevinc1
Litva prezidenti Sov.İKP üzvü olmasını cavanlıq səhvi kimi təqdim edib

Çərşənbə günü səhər saatlarında onlara ünvünlanan sorğuya cavab olaraq Litva Prezidentinin administrasiyası BNS agentliyinə dövlət başçısı Gitanas Nausedanın gənclik dövründə Sov.İKP üzvü olduğunu təsdiqləyib. Bu barədə agentliyə verdiyi açıqlamasında Nauseda bildirib ki, gənc yaşında Kommunist Partiyasına üzv olmaq cavanlıq səhvi olub: “Məzun olduqdan dərhal sonra alim karyerası üçün böyük imkanlar naminə partiyaya üzv olmaq təklifi ilə üzləşdim. Bir az fikirləşəndən sonra bunu qəbul etdim”. Litva prezidenti bildirib ki, o, “iddialı və axmaqcasına inadkar bir gənc” olduğu üçün onu fikrindən daşındıran anasına da qulaq asmayıb.

Bu hekayənin diqqət çəkən məqamı isə ondan ibarətdir ki, 2019-cu ildə prezident seçkilərində iştirak edən Gitanas Nauseda seçki komissiyasının sorğusunda öz keçmişini bilə-bilə indi və əvvəllər hansı partiyanın və ya siyasi təşkilatın üzvü olduğuna dair suala cavab verməmək qərarına gəlib. İndi isə Litva Prezidentinin administrasiyası iddia edir ki, o vaxt bu suala cavab vermək zəruri deyildi.

aia.az
Geri dön