Ana Sayfa > Seçki 2024 > " 2023-cü il- Heydər Əliyev İli” ilə əlaqdar Gədəbəydə silsilə tədbirlər keçirilir

" 2023-cü il- Heydər Əliyev İli” ilə əlaqdar Gədəbəydə silsilə tədbirlər keçirilir


6-04-2023, 13:08. Yazar: sevinc1
" 2023-cü il- Heydər Əliyev İli” ilə  əlaqdar  Gədəbəydə silsilə tədbirlər keçirilir

Möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “ 2023-cü il- Heydər Əliyev İli” elan olunmuşdur. Bu münasibətlə ölkəmizin bütün bölgələrində olduğu kimi Gədəbəydə də silsilə tədbirlər keçirilir.
Gədəbəy Rayon İcra Hakimiyyətinin və YAP Gədəbəy rayon təşkilatının birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” və “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda Heydər Əliyev mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Milli Məclisin deputatı Elman Nəsirov və rayon ictimayyətinin nümayəndələri iştirakı etmişdir. İlk öncə ulu öndərin rayonun mərkəzində ucaldılmış abidəsinin önünə tər gül dəstələri düzüldü.
Tədbir iştirakçıları əvvəlcə müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev açaraq qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev cismən bizləri tərk etsə də, vəfatından ötən müddət ərzində bu ada duyulan hörmət və məhəbbət bizlərə dünya miqyasında tanınmış dahi bir şəхsiyyətin həmvətəni olduğumuzun qürurunu yaşadır.Bu gün insanlar tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar.
Tədbirdə çıxış edən RİH başçısı Orxan Mürsəlov ulu öndər Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi, eyni zamanda uzaqgörən və məqsədyönlü siyasəti ilə istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, milli qürur və iftixar mənbəyimiz Heydər Əliyevin bütün ömrünü xalqımızın rifahı, onun zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətində tədbirlərə həsr etməsindən bəhs etmişdir.
Milli Məclisin deputatı Elman Nəsirov çıxışında xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycan tarixindəki rolu və əhəmiyyətindən, müstəqil Azərbaycanın bu gün Heydər Əliyev siyasətinə istinad edərək qətiyyətlə irəliləməsindən, gücünü və qüdrətini durmadan artırmasından danışmışdır.
Rayonun ictimayyət nümayəndələri də öz çıxışlarında ulu öndərlə bağlı xatirələrindən bəhs etmiş, onun əziz xatirəsini uca tutaraq minnətdarlıqla andıqlarını bildirmişlər.
Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qorunub saxlanılması və möhkəmlənməsi istiqamətində tarixi missiyasını uğurla və özünəməxsus yaradıcılıqla inkişaf etdirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi nəticəsində xalqımız qəhrəmanlıq salnaməsi yazmış və tarixi ədalət bərpa edilmişdir.
Ulu öndərimizin əmanəti olan Azərbaycan dövlətini və dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumaq hər birimizin şərəf borcudur.



Geri dön