Ana Sayfa > Gündəm > Gədəbəy rayonuda Şəhidlərin məzarı ziyarət olunub
Gədəbəy rayonuda Şəhidlərin məzarı ziyarət olunub6-04-2023, 09:22. Yazar: sevinc1 |
![]() aia.az xəbər verir ki, 05.04.2023-cü il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Maarif kənd sakini Məmişov Tural Tələt oğlu və İnəkboğan kənd sakini Allahverdiyev Turxan Rəsul oğlunun ad günü münasibətilə YAP Gədəbəy rayon təşkilatının Sədri, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi böyük ehtiramla yad edildi. Şəhid ataları dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığlarını bildirdilər. Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik! Geri dön |