Ana Sayfa > Özəl > Finlandıiyanın Baş naziri Marin seçkilərdəki məğlubiyyətdən sonra partiya lideri vəzifəsindən istefa verdi
Finlandıiyanın Baş naziri Marin seçkilərdəki məğlubiyyətdən sonra partiya lideri vəzifəsindən istefa verdi5-04-2023, 15:55. Yazar: sevinc1 |
Finlandiyanın keçmiş baş naziri Sanna Marin seçkilərdəki məğlubiyyətindən sonra Sosial Demokratların lideri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, sentyabrda keçiriləcək partiya konfransında daha partiya lideri seçilməyəcək . Bu qərar bazar günü parlament seçkilərinin nəticələrindən sonra qəbul edilib. “Çətin illər idi, indi kənara çəkilmək imkanı var”- deyə bildirib Marin. Bununla belə, o, partiyasının hökumətdə iştirakı ilə bağlı danışıqlara rəhbərlik edəcək. Seçki məğlubiyyətindən sonra başqa bir Avropa ölkəsində vəzifə axtara biləcəyi ilə bağlı fərziyyələrə cavab olaraq bildirib ki ona beynəlxalq vəzifə təklif olunmayıb. O, həmçinin 2024-cü ilin əvvəlində prezident Sauli Niinistö-nin varisi axtarılan Finlandiya prezident seçkilərində namizəd kimi iştirak etməyəcəyini də söyləyib.. Aia.az Geri dön |