Ana Sayfa > Dünya > Gürcüstanda hərbi xidmətə çağırış qaydaları dəyişdirildi
Gürcüstanda hərbi xidmətə çağırış qaydaları dəyişdirildi5-04-2023, 09:23. Yazar: sevinc1 |
Gürcüstan parlamentinin üzvləri hərbi xidmətə çağırış qaydasında dəyişiklikləri nəzərdə tutan yeni Müdafiə Məcəlləsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul ediblər. 2022-ci ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili orduya çağırış sisteminə yenidən baxılması zərurətini bəyan edib. Yeni müdafiə məcəlləsinə əsasən, hərbi xidmət 6, 8 və 11 ay müddətinə tətbiq ediləcək. 2025-ci ildə qüvvəyə minəcək yeni çağırış sisteminə görə, 10 min lari (təxminən 4 min dollar) ödəməklə yalnız bir dəfə bir il müddətinə hərbi xidmətdən möhlət əldə etmək olar. Həmçinin, qanun layihəsi kilsə nümayəndələrinə ordudan möhlət verilməsi qaydasını ləğv edir. aia.az Geri dön |