Ana Sayfa > Karusel / Özəl > Əlcəzair Fransa ilə diplomatik əlaqələrini bərpa edəcək

Əlcəzair Fransa ilə diplomatik əlaqələrini bərpa edəcək


4-04-2023, 16:55. Yazar: sevinc1
Əlcəzair Fransa ilə diplomatik əlaqələrini bərpa edəcək

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Əlcəzair Xalq Demokratik Respublikasının səfirini yaxın günlərdə Parisə qaytarmaq niyyətində olduğunu açıqlayıb. TASS xəbər verir ki, bu barədə Yelisey sarayının cümə günü yayılan kommünikesində deyilir.
Səfirin Fransadan geri çağırılması ilə bağlı qərarı Əlcəzair prezidenti fevralın birinci ongünlüyündə verib. KİV-də yayımlanan məlumatlara görə, bu addıma səbəb axtarışda olan Əlcəzairli siyasi fəal Amira Buraui ilə bağlı insident olub. Fevralın əvvəlində həm də Fransa pasportu olan bu qız Tunisin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və Əlcəzairə ekstradisiyaya hazırlanırdı. Lakin Fransa hökumətinin təzyiqi ilə Buraui Parisə uçub.
“Telefon danışığı zamanı prezident Tebbun Fransa prezidentinə Əlcəzair səfirinin yaxın günlərdə Parisə qayıdacağı barədə məlumat verib”, - Yelisey sarayından bildirilib.

aia.az
Geri dön