Ana Sayfa > Özəl > Dəkkədə məşhur geyim bazarı yanıb

Dəkkədə məşhur geyim bazarı yanıb


4-04-2023, 16:43. Yazar: sevinc1
Dəkkədə məşhur geyim bazarı yanıb

Çərşənbə axşamı səhər saatlarında Banqladeşin paytaxtı Dəkkədə məşhur geyim bazarında güclü yanğın baş verib. 48 yanğınsöndürmə briqadası yanğının öhdəsindən gəlməyə çalışsa da, su çatışmazlığı səbəbindən vəziyyət hələ də mürəkkəbdir. Yanğının söndürülməsi üçün könüllülər cəlb olunur. Bu barədə “Euronews”-un dərc etdiyi materialda xəbər verilir. Bildirilir ki, Bonqo bazarında yanğın səhər saat 6:10-da baş verib, itki yoxdur. Yanğının səbəbi hələlik məlum deyil.

Şahidlərin bildirdiyinə görə, mağaza sahibləri və işçiləri çılğınlıqla malları təhlükəsiz yerə daşımağa çalışıblar. Ancaq çoxlarının buna vaxtı olmadı və onlar yanğında hər şeylərini itirdilər. Xəbər verildiyi kimi, bazarın özündən və ona bitişik üç ticarət meydançasından demək olar ki, heç nə qalmayıb.

Qeyd edək ki, Banqladeşdə nəzarətin zəif olması və yanğın təhlükəsizliyi tədbirlərinin görülməməsi səbəbindən ticarət obyektlərində yanğınlar tez-tez baş verir.
Geri dön