Ana Sayfa > Özəl > Öldürülən bloger mükafatlandırıldı
Öldürülən bloger mükafatlandırıldı4-04-2023, 15:06. Yazar: sevinc1 |
Prezident Putinin dünən dərc edilən sərəncama əsasən, Vladlen Tatarski təxəllüsü ilə tanınan bloger Maksim Fomin peşəkar vəzifələrini yerinə yetirərkən göstərdiyi cəsarət və şücaətə görə “İgidliyə görə” ordeni ilə təltif olunacaq. İfrat sağçı bloger bazar günü Sankt-Peterburqun mərkəzindəki kafedə törədilən partlayış nəticəsində həlak olub, 30-dan çox insan yaralanıb. Kafedə "Ukraynanın tamamilə məhv edilməsinə" çağıran Fomin Ukraynanın şərqindəki döyüş bölgəsində müharibə müxbiri kimi təcrübələrini danışmaq istəyirdi. Hakimiyyət indi sui-qəsdi terror aktı kimi təsnif edir və günahı Kiyevin üzərinə qoyur. Ukrayna da öz növbəsində Rusiyanın hərbi cinayətlərə görə cəzalandırılmasını istəyir. Aia.az Geri dön |