Ana Sayfa > Özəl / Dünya > Trampa qarşı cinayət işi açılır?

Trampa qarşı cinayət işi açılır?


4-04-2023, 11:41. Yazar: sevinc1
Trampa qarşı cinayət işi açılır?

Yahoo News portalı, istintaqa yaxın mənbələrə istinadən yazır ki, Manxetten dairəsinin prokuroru Elvin Breqqa, ABŞ-ın eks-prezidenti Donald Trampa qarşı irəli sürülən 34 maddəlik ittihamın tədbiq olunmasını dəyişərək, bütün maddələr üzrə cinayət işi başlamaq barədə qərar qəbul edib.

"Nyu-York ştatında İş sənədlərinin saxtalaşdırılması ilə bağlı ittihamlar hərəkət əməli kimi qiymətləndirilir. Lakin prokuror Breqqin ofisi ittihamları E dərəcəsi kimi qiymətləndirərək, Nyu-York ştatının çinayət məcəlləsinə əsasən eks prezidentin hərəkətlərini aşağı səviyyəli cinayət hadisəsi kimi dəyərləndirib"-deyə məqalədə bildirilir.

Portalın dəlillərinə görə, prokuror güya Trampın bu hərəkətlərini digər cinayətlərin gizlədilməsi məqsədi ilə etdiyini iddua edir. Nyu-York ştatının kodeksinə görə, E dərəcəli cinayətə görə dörd ilədək həbs cəzası verilə bilər. Lakin vəziyyətin bu cür inkişaf edəcəyi inandırıcı görünmür. "Heç kim bu qanunu birinci dəfə törətdiyinə görə həbsxanaya göndərilmir.'-deyə məlumat verən mənbə bidirir.

Dünyada "demokratiyanın beşiyi" kimi tanınan ABŞ -da, hazlrki hakimiyyətin eks-prezident Donald Trampa qarşı apardığl bu kompaniyanın, onun növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməsinin qarşısını almaq üçün atılan addım olduğu şübhə doğurmur.

aia.az

Geri dön