Ana Sayfa > Karusel / Özəl / Dünya > Hindistan Hərbi Dəniz Qüvvələrinin arsenalını gücləndirir

Hindistan Hərbi Dəniz Qüvvələrinin arsenalını gücləndirir


4-04-2023, 09:59. Yazar: sevinc1
Hindistan Hərbi Dəniz Qüvvələrinin arsenalını gücləndirir

Hindistan Müdafiə Nazirliyi yaxın vaxtlarda hərbi gəmilərin tikintisi, müxtəlif təyinatlı raketlərin, kəşfiyyat kosmik peyki və digər silahların tədarükü üçün 320 milyard rupi (təxminən 5 milyard ABŞ dolları) ayırmaq niyyətindədir. Göstərilən məbləğlə bağlı artıq müvafiq müqavilələr imzalanıb. Bu barədə Hindistanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən “The Times of India” qəzeti məlumat yayıb.
Məlumatda dəqiqləşdirilir ki, müqavilələrdə quru qoşunlarının maraqlarına uyğun olaraq kəşfiyyat və rabitə tapşırıqlarını yerinə yetirəcək Gsat-7 kosmik peykinin, 6 yeni nəsil gəmilərinin və 11 patrul gəmisinin tikintisi nəzərdə tutulur. Bundan başqa, qəzetin mənbələrinə görə, Hərbi Dəniz Qüvvələri üçün 2 ədəd “Akaş” zenit-raket kompleksi və 12 ədəd batareyaəleyhinə mübarizə və artilleriya atəşinə nəzarət sistemlərinin tədarükü planlaşdırılır.

Həmçinin iddia olunur ki, Rusiya-Hindistan “BrahMos Aerospace” birgə müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən, Hindistanın Silahlı Qüvvələri 420 km-ə qədər uçuş məsafəsinə malik “Brahmos” səsdən sürətli qanadlı raketlərinin 2 sahil sistemi ilə təchiz ediləcək. Onların çatdırılması 2027-ci ilə planlaşdırılır.

aia.az
Geri dön