Ana Sayfa > Media > Azərbaycan ilə Özbəkistan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan ilə Özbəkistan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub3-04-2023, 23:02. Yazar: sevinc1 |
Azərbaycanın bir sıra dövlət qurumları rəhbərlərinin daxil olduğu nümayəndə heyəti Özbəkistanda səfərdədir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 3-də Daşkənd şəhərində Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev ilə görüşüb. Görüşdə iki ölkə arasında informasiya təhlükəsizliyi, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, media sahəsində əlaqələrin inkişafı məqsədilə konkret layihələrin reallaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Özbəkistan tərəfi media və informasiya sahəsində, həmçinin feyk xəbərlərlə mübarizədə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib. Danışıqlar əsnasında iki ölkənin aparıcı informasiya agentlikləri arasında xəbər və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi önə çəkilib. Görüş zamanı Azərbaycanın işğaldan azad olunan ərazilərində yüksək səviyyədə aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılmasının önəmli olduğu və bu istiqamətdə medianın böyük rol oynadığı vurğulanıb. Nümayəndə heyəti səfər zamanı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. Mərkəzin direktoru Samir Abbasov bildirib ki, Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin inkişafında mühüm əhəmiyyətə malik olan Mədəniyyət Mərkəzində Heydər Əliyev Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Azərbaycan Tarixi və Dövlətçiliyi Muzeyi və Xalça Muzeyi fəaliyyət göstərir. Geri dön |