Ana Sayfa > Ölkə / Özəl / Təhsil > İmişlidə “Heydər Əliyev və peşə təhsili” adlı tədbir keçirilib
İmişlidə “Heydər Əliyev və peşə təhsili” adlı tədbir keçirilib3-04-2023, 16:20. Yazar: sevinc1 |
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “Peşə” ərazi partiya təşkilatında “Heydər Əliyev ili”nə həsr olunan “Heydər Əliyev və peşə təhsili” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Peşə məktəbinin direktoru Qalib Mirzəyev, müəllim kollektivi və fəal partiya üzvləri iştirak ediblər. İlk öncə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan “Peşə” ərazi partiya təşkilatının sədri Qalib Mirzəyev bildirdi ki, uzun tarixə malik olan Azərbaycan peşə təhsili Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ən diqqətçəkən məqamlardan biri də respublikamızda milli kadrların yetişdirilməsi ilə bağlı atdığı böyük addımlar idi. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və göstərişi ilə baza müəssisələrinin qabaqcıl mühəndis-texniki mütəxəssisləri peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi, istehsalat təlimi ustaları və rəhbər işçi kimi irəli çəkildilər. Müəssisə və təşkilatlarda istifadə olunan yeni texnoloji avadanlıqlar, maşın və mexanizmlər peşə təhsili müəssisələrinə ödənişsiz verilməyə başlandı. Natiq bildirdi ki, Prezident cənab İlham Əliyevin 2018-ci ildə imzaladağı “Peşə təhsili” haqqında qanun bu sahənin inkişaf etdirilməsi üçün mühüm addımlardan biridir. Digər çıxış edənlər vurğulayıblar ki, Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Hal-hazırda H.Əliyevin davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız Qafqazda lider ölkə olaraq qalır. aia.az Geri dön |