Ana Sayfa > Özəl / Dünya > Antverpendə baş verən güclü partlayış nəticəsində 20-dən çox evə ziyan dəyib: Belçika hökuməti cinayətkar klanlara “müharibə elan edəcək”..?

Antverpendə baş verən güclü partlayış nəticəsində 20-dən çox evə ziyan dəyib: Belçika hökuməti cinayətkar klanlara “müharibə elan edəcək”..?


3-04-2023, 15:17. Yazar: sevinc1
Antverpendə baş verən güclü partlayış nəticəsində 20-dən çox evə ziyan dəyib: Belçika hökuməti cinayətkar klanlara “müharibə elan edəcək”..?

Belçikanın Antverpen şəhərində aprelin 1-dən 2-nə keçən gecə güclü partlayış baş verib. “The Brussels Times” qəzetinin məlumatına görə, hadisə nəticəsində şəhərdə 20-dən çox evə ziyan dəyib, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Səhər saat üç radələrində baş verdiyi bildirilən partlayış nəticəsində evlərin şüşələrinin sınması ilə yanaşı, dayanacaqda olan 5 avtomobilə də ziyan dəyib. İlkin mülahizələrə görə, insidentə səbəb narkoticarətlə məşğul olan dəstələr arasında müharibə ola bilər.

Ekspertlərin rəyinə görə, Belçikada son vaxtlar kriminal aləmdə təsir dairələrinin bölünməsi uğrunda mübarizənin intensivləşməsi müşahidə olunur. Belə ki, iki həftə əvvəl Antverpendə cinayətkar dəstə narkotik yükünün saxlandığı ehtimal edilən binanı yandırıb. Həmçinin son aylarda Hollandiyadan olan cinayətkar klanlar tərəfindən Belçikada evlərə hücumlar olunub, bu zaman odlu silah və yandırıcı bombalardan istifadə edilib.

Zorakılığın artması fonunda ölkə hakimiyyəti narkotiklərin qeyri-qanuni yayılmasına qarşı mübarizə üçün əlavə tədbirlərin görülməsinin zəruriliyini bəyan edib və cinayətkar klanlara “müharibə elan edəcəyini” vəd edib.

aia.az
Geri dön