Ana Sayfa > Karusel / Özəl / Dünya > Tədqiqat: ABŞ ordusu hərbi qulluqçuların artıq çəkiyə meyilliyi səbəbilə hər il 650 mindən çox iş günü itirir
Tədqiqat: ABŞ ordusu hərbi qulluqçuların artıq çəkiyə meyilliyi səbəbilə hər il 650 mindən çox iş günü itirir3-04-2023, 11:51. Yazar: sevinc1 |
Yeni araşdırmanın nəticələrinə görə, ABŞ ordusunda hərbçilər arasında pandemiya zamanı piylənmənin artdığı müəyyən edilib. Təkcə orduda 2019-cu ilin fevralından 2021-ci ilin iyununa qədər 10 minə yaxın həqiqi xidmət keçən əsgərdə piylənmə inkişaf edib ki, bu da ümumi göstəricilərin 25% artımına səbəb olub. Həmçinin ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunda çəki artımı müşahidə olunub. Bu barədə Associated Press agentliyi məlumat yayıb. “Ordu və digər xidmətlər yenidən formaya qayıtmaq üçün diqqət etməlidirlər”, - deyə tədqiqata rəhbərlik edən Treysi Perez Kelmos öz rəyini ifadə edib. Qeyd edək ki, Kelmos Merilend ştatının Bethesda Hərbi Xidmətlər Universitetinin Sağlamlıq Xidmətləri Tədqiqatları Mərkəzinin direktorudur. Onun sözlərinə görə, artıq çəkisi olan və kökəlmiş hərbi qulluqçular daha çox yaralanır və peşələrinin fiziki tələblərinə daha az dözürlər. Nəticədə ABŞ ordusu artıq çəki və piylənmə problemləri ilə bağlı səhiyyə xərclərinə görə hər il 650 mindən çox iş günü itirir. Qeyd olunan səhiyyə xərclərinin illik həcmi isə, hazırkı və keçmiş hərbi qulluqçular və onların ailələri üçün 1,5 milyard dollardan artıqdır. aia.az Geri dön |