Ana Sayfa > Özəl / Dünya > Fransanın Maliyyə naziri ələ salınıb

Fransanın Maliyyə naziri ələ salınıb


3-04-2023, 10:51. Yazar: sevinc1
Fransanın Maliyyə naziri ələ salınıb

Sağçı Florian Filippo özünün Twitter hesabında Fransanın maliyyə naziri Bruno Le Meri ələ salıb. Buna səbəb OPEC+ üzvlərinin neft hasilatını azaltmaq barədə qərara gəlmələri olub.

Fransanın sağçı Vətənpərvərlər Partiyasının lideri Florian Filippo aprelin 2-də bildirib ki, OPEC+ ölkələrinin neft hasilatını azaltmaq qərarı Fransanın Maliyyə və İqtisadiyyat naziri Bruno Le Mer üçün növbəti sillədir: “Rusiya iqtisadiyyatını çökdürməli olan Bruno Le Mer yeni bir sillə aldı! Hazırda Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Əlcəzair, İraq və Küveyt neft hasilatını koordinasiyalı şəkildə azaldacaqlarını elan edirlər!”, - Filippo Twitter hesabında yazıb.

aia.az
Geri dön