Ana Sayfa > Özəl > AZƏRBAYCAN İQTİDARI HƏR ZAMAN SİYASİ DİALOQ PRİNSİPLƏRİNƏ SADİQ OLUB

AZƏRBAYCAN İQTİDARI HƏR ZAMAN SİYASİ DİALOQ PRİNSİPLƏRİNƏ SADİQ OLUB


3-04-2023, 09:43. Yazar: sevinc1
AZƏRBAYCAN İQTİDARI HƏR ZAMAN SİYASİ DİALOQ PRİNSİPLƏRİNƏ SADİQ OLUB

Prezident Cənab İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır.
Ölkədə siyasi partiyalara icra hakimiyyətinin nümayəndələri ilə mühüm məsələləri müzakirə etməyə imkan verən dialoq gedir. Parlament səviyyəsində müəyyən islahatlar aparılıb, burada siyasi partiyaların nümayəndələrinin parlamentin və onun komitələrinin rəhbərliyində fəal iştirak etmək, təmsil olunmaq üçün bütün imkanlar yaradılıb.
2019-cu ilin noyabr ayının sonunda Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik orqanları ilə əlaqələr şöbəsinin yaradılması və dialoqun başlanması o deməkdir ki, Azərbaycan hökuməti partiyaların və vətəndaş cəmiyyəti institutlarının siyasi həyatda fəal rolunda maraqlıdır. Eyni zamanda, müxalifətlə iqtidar arasında dialoq daha funksional və nəticəyönümlü siyasətin formalaşmasına səbəb oldu.
Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün siyasi partiyalar haqqında yeni qanunun hazırlanmasını zəruri etmişdi.
"Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbul olunması ölkəmizdə sağlam siyasi dialoqun mövcudluğunu bir daha təsdiq etmiş oldu. Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamlar yer alıb.İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.
Artıq siyasi dialoq sadəcə demokratik məzmunlu və atributiv xarakterli alət kimi yox, həm də siyasətdə mütərəqqi, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu müəyyən edən işlək mexanizm kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev çıxışlarında bildirib ki, "Yeni dövrdə biz siyasi dialoqu dərinləşdirməliyik. Uğurla başlanmış bu siyasi dialoq siyasi sistemimizi gücləndirəcək, Azərbaycanın davamlı inkişafının təmin edilməsi işinə xidmət edəcəkdir".
Siyasi dialoqu, onun əhəmiyyətini bir çox partiya rəhbərləri də qeyd edərək, Ölkədə milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə hazır olduqlarını bildirirlər.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön