Ana Sayfa > Özəl > Ekvadorda narkotiklərlə mövcud problemə görə bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib

Ekvadorda narkotiklərlə mövcud problemə görə bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib


2-04-2023, 21:09. Yazar: sevinc1
Ekvadorda narkotiklərlə mövcud problemə görə bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib

Ekvador hakimiyyəti narkotik problemi və cinayətkarlığın tüğyan etməsi səbəbindən ölkənin bir sıra bölgələrində fövqəladə vəziyyət elan etmək qərarına gəlib. Respublika prezidenti Gilyermo Lassonun sözlərinə görə, söhbət Duran və Samborondonun bitişik əraziləri ilə yanaşı, ölkənin qərbindəki Santa Yelena və Los Rios əyalətləri ilə birlikdə ölkənin əsas limanı olan Quayakildən gedir.
“Bizim ümumi düşmənimiz var: hüquq pozuntuları, narkotik ticarəti və mütəşəkkil cinayətkarlıq”, - Lasso deyib. Eyni zamanda, o, bazar günü qüvvəyə minən və saat 01:00-dan 05:00-a qədər komendant saatını ehtiva edən fövqəladə vəziyyətin nə qədər müddətə fəaliyyət göstərəcəyini dəqiqləşdirməyib.

“Ekvador hökuməti üçün sizin rifah və əmin-amanlığınız həyati əhəmiyyət kəsb edir. Bu səbəbdən biz bütün asayiş qüvvələrini (silahlı qüvvələr, milli polis və kəşfiyyat) səfərbər edərək cinayətkarlığa qarşı Səlib yürüşü elan etmişik”, - Prezident həmvətənlərinə müraciətində belə deyib.

aia.az
Geri dön