Ana Sayfa > Dünya > Rusiya Ukraynada bu taktikasını dəyişir

Rusiya Ukraynada bu taktikasını dəyişir


2-04-2023, 14:50. Yazar: sevinc1
Rusiya Ukraynada bu taktikasını dəyişir


Rusiya Ukrayna ərazisinə raket hücumlarının taktikasını dəyişir.

AIA.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Ekspert bildirib ki, bu, raketlərin sayının kəskin azalmasından qaynaqlanır:

"Hazırda yaxın məsafədən raketlərdən istifadə edilir. Bunlar cəbhəyanı şəhərlərdə olan S-300 raketləridir. Yəni, praktikada Rusiya atəşi cəbhə xəttinə yaxınlaşdırır. Ölkə daxilində raketlər artıq getdikcə daha az uçuşur".

Jdanov eyni zamanda xəbərdarlıq edib ki, raket zərbələri təhlükəsi hələ də qalmaqdadır:

"Bundan sonra nə olacağını bilmirəm. Əgər onların bir ay ərzində 40-50 raket yığa biləcəyindən danışırıqsa, belə düşünürəm ki, bizim artıq daha bir raket partiyasını görəcəyimiz gün yaxınlaşır".

AIA.Az
Geri dön