Ana Sayfa > Dünya > Türkiyənin fəlakət zonasında bir il ərzində 320 minə qədər ev tikiləcək - Vitse-prezident
Türkiyənin fəlakət zonasında bir il ərzində 320 minə qədər ev tikiləcək - Vitse-prezident2-04-2023, 11:45. Yazar: sevinc1 |
Türkiyə dövlət fevral ayında baş vermiş zəlzələlərin nəticələrini tez bir zamanda aradan qaldırmaq üçün əlindən gələni edir. AIA.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, il ərzində 320 minə yaxın yaşayış obyekti tikilərək təbii fəlakət zonasının sakinlərinə təhvil veriləcək. Ümumilikdə, ölkənin cənub və cənub-şərqində 650 minə qədər ev tikilməsi nəzərdə tutulur. " F.Oktay qeyd edib ki, fəlakət bitdikdən sonraən çətin dövr artıq geridə qlıb. "Bu gün biz ikinci mərhələdəyik. Çadır və modul düşərgələri daxil olmaqla, 3 milyona qədər vətəndaş müvəqqəti məskunlaşdırılıb", - deyə vitse-prezident bildirib. AIA.Az Geri dön |