Ana Sayfa > Özəl > YAP Şirvan şəhər təşkilatı 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirib
YAP Şirvan şəhər təşkilatı 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirib1-04-2023, 11:34. Yazar: sevinc1 |
aia.az xəbər verir ki, 31.03.2023-cü il tarixdə YAP Şirvan şəhər təşkilatı və ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin və “Şəhid anası” memorial abidə kompleksinin önünə tər gül dəstələri düzüb. Sonra YAP Şirvan şəhər təşkilatının konfrans zalında elmi-nəzəri konfrans öz işinə başlayıb. Azərbaycan xalqının Ümummilli lideri, Heydər Əliyevin, faciə qurbanlarının və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi ehtiramla yad edilib Tədbiri giriş sözü ilə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov açıb, tədbir iştirakçılarını salamlayıb. Tariximizin yeni dövründə 31 mart Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan bir gündür. 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur. Soyqırımı və deportasiya siyasəti xalqımız üçün iqtisadi, siyasi, maddi və mənəvi planda ağır nəticələr vermişdir. İki yüz ilə yaxın davam edən bu bədnam siyasət və məqsədyönlü fəaliyyət nəticəsində əzəli Azərbaycan torpaqları təcavüzkar qonşular tərəfindən qəsb edilmiş, on minlərlə soydaşımız əzab-əziyyətlə öldürülmüş, yüz minlərlə insan doğma torpaqlarından didərgin salınmış, qiymətli maddi-mədəniyyət abidələri vəhşicəsinə məhv edilmişdir. İki milyona yaxın azərbaycanlı soyqırımı siyasətinin və praktikasının ağır nəticələrini bu və ya başqa şəkildə öz taleyində hiss etmişdir. YAP Şirvan şəhər təşkilatının məsləhətçisi Valeh Xudaverdiyev çıxışında bildirdi ki, Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. 18 nömrəli məktəb-liseyinin direktoru İsmayıl Yusubov bildirdi ki, Bu hadisələr nəticəsində mülki insanlar ziyan çəkib. Baş verən cinayətlər cəzasız qalıb və cəzasızlıq nəticəsində bu hadisələr təkrarlanıb. 1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi. Sonra ərazi partiya təşkilatlarının sədrləri Peşə liseyinin direktoru Elnur Novruzov, Tarix-diyarşünaslıq Muzeyinin direktoru Aynur İbrahimova, YAP veteranları Təranə Əhmədova və Heyvagül Şirvanlı çıxış edərək, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırıblar. Tədbirin sonunda 31 Mart - azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olundu. Geri dön |