Ana Sayfa > Özəl > Heydər Əliyevin fenomenal təhsil siyasəti
Heydər Əliyevin fenomenal təhsil siyasəti1-04-2023, 10:20. Yazar: sevinc1 |
Müasir Azərbaycan təhsili hazırda özünün inkişaf dövrünü yaşayır. Məntiqi olaraq bu, ilk növbədə onun özünün əvvəlki irsə əsaslanması ilə bağlıdır və bilavasitə Ümummilli Lider Heydər Əliyevin təhsilimizin inkişafındakı əvəzsiz xidmətlərini özündə ehtiva edərək, onun ölçüyə gəlməz fəaliyyətinin bəhrəsidir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycan xalqının və respublikamızın hərtərəfli inkişafına, çiçəklənməsinə, azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, dövlət quruculuğuna, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlişinə, Azərbaycan elminin və təhsilinin müasir inkişafına, dünyada tanınmasına həsr etmiş, bu sahədə misilsiz xidmətlər göstərmişdir. Ulu Öndər Heydər Əliyev deyirdi: “ Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intelektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır.” Ulu Öndərimiz bütün fəaliyyəti ərzində SSRI dövründə Azərbaycana rəhbərlik edərkən , istər sovet dövlətinin ali rəhbərliyində elm və təhsil kurasiya edəndə və müstəqillik qazandıqdan sonra dövlət başçısı kimi bu həssaslığı göstərmişdir . Onun təhsil sahəsindəki aralıqsız fəaliyyəti bunu sübut edir. SSRİ dönəmində XX əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan və təhsilin gələcək inkişafına zəmin yaradan, təhsil islahatları təhsilimizin inkişafında xüsusi mərhələ təşkil edir. Bu islahatlar çərçivəsində o, 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd Ümumitəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” təhsilimizin perspektiv inkişafını təmin edəcək qərarlar qəbul etdi. Bu qərarların tətbiqi nəticəsində respublikamızda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirildi. Ucqar bölgələrimizdə orta ümumtəhsil məktəbləri açılaraq minlərlə azyaşlı orta təhsilə cəlb edildi. Məktəblərin dərsilklərlə təminatı problemi həll olundu və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlandı. 1970-1980-ci illərdə republikamızda 683,4 min şagird yerlik, 1191 yeni məktəb binası tikilib istifadəyə verildi. 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi, 54 yeni peşə təhsili müəssisəsi yaradıldı. Ali məktəblərin fəaliyyəti fəaliyyətinin daha da yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi Heydər Əliyevin təhsil siyasətində xüsusi yer tuturdu. 1969-1982-ci illər ərzində 5 yeni ali təhsil müəssisəsi açılmış, ali təhsil alanların sayı 70 mindən yüz minə çatdırılmışdır. Təhsildə rəngarəngliyin, rəqabətin, təcrübə mübadiləsinin əhəmiyyətini qiymətləndirən Ulu Öndərin təşəbbüsü ilə 1970-ci ildən başlayaraq hər il minlərlə gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. 1970-1980-ci illərdə SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəblərində 250-dən artıq ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil alaraq yüksək səviyyəli mütəxəssis kimi yetişməsinə şərait yaradıldı və respublikamızın milli kadr potensialının daha da güclənməsində mühüm rol oynadı. Qeyri-adi siyasi uzaqgörənliyə malik H.Əliyev hələ Sovet Azərbaycanına rəhbərliyinin ilk illərindən Azərbaycanın müstəqilliyi haqqında fikirləşir və bu ideya əsasında Azərbaycanlarda hərbi kadrların hazırlığının başlanğıc nöqtəsi kimi 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmaüllü internat məktəbin açılmasına nail olur. Nəticədə Azərbaycanmda milli-hərbi kadrların hazırlanmasına başlanılır, milli hərbi irsimiz yenidən formalaşır. Bu məktəbin Silahlı Qüvvələrimizin formalaşmasında, Müzəffər Ordu olaraq torpaqlarımızın işğaldan azad olunmasında müstəsna rolu vardır. Ümummilli Lider Heydər Əliyevin Sovet dönəmində Azərbaycana rəhbərlik edərkən, həmçinin Sovet ali rəhbərliyində olduğu dövrdə Respublikamızda bütün təzyiqlərə baxmayaraq mübariz ruhuyla vətən, xalq sevgisi ilə həyata keçirdiyi uğurlu təhsil siyasəti nəticəsində xalqımız milli sərvətimizə çevrilən təhsil ənənələrinə, özünəməxsus fundamental əxlaqi təhsil dəyərlərinə sahib oldu və müstəqillik qazanmağımızda, onu möhkəmləndirib inkişaf etdirməyimizdə, “dəmir yunruq” kimi birləşməyimizdə sarsılmaz bazis oldu. “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsni təşkil edir. Əgər bunlar olmasaydı Azərbaycan iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı indi biz Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik, onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz maliyyəti heç vaxt unutmamalıyıq” H.Əliyev. Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi əsasında siyasi hakimuiyyətə qayıdışı ilə müstəqil Azərbaycan Respublikasında dövrün tələbinə uyğun yeni təhsil siyasətinin əsası qoyuldu və əldə edilmiş nəaliyyətlər onun adı ilə bağlıdır. “ Məktəb, maarif, təhsil işiilə həmişə sıx bağlı olmuşam......Hesab edirəm ki, cəmiyyət hardan olursa olsun, nədən olursa olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu Mənim prinsipial mövqeyimdir” deyən H.Əliyev 1993-cü ildən başlayaraq təhsili, müəllimləri bilavasitə çəxsi nəzarətində saxladı, onun tapşırığı ilə təhsilə və təhsil işçilərinə dövlət qayğısı artırıldı, dərsliklərin dövlət vəsaiti hesabına çap olunmağına başlanıldı, müəllimlərin maaşları mütəmadi olaraq artırıldı. Prezident Heydər Əliyev təhsil sistemində olan problemlərin aradan qaldırılması, optimal həlli üçün Azərbaycan tarixində ilk dəfə təhsil sahəsində islahatlar aparılması məqsədi ilə 1998-ci il martın 30-da prezident sərəncamı imzaladı. Bu sərəncamla Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı. 1998-ci ildə Müstəqil Azərbaycan Müəllimlərinin Birinci Qurultayı keçirildi. Qurultayda Ulu Öndər təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün əsl proqram xarakterli çıxış etdi. “Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemini dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılmalı. On illərlə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik”. Qurultayda təhsil tariximizdə ilk dəfə olaraq Təhsil Şurası yaradıldı. Prezident Heydər Əliyev 1999-cu il 15 iyunda Təhsil Sahəsində İslahatlar Proqramını xüsusi sərəncamla təsdiq etdi. Proqramda gələcək inkişaf strategiyası müəyyənləşdirməklə məhəllələr üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatlar aparılması nəzərdə tutulurdu. Təhsil haqqında qanun layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verildi. Ümumi orta təhsilin dövlət standartları dövlət səviyyəsində təsdiq edildi. Xüsusi istedadı olan şagirdlərə və gənclərə diqqət artırıldı, onlar seçilərək adları “Qızıl kitaba” salındı. Sonralar umumilli lider tərəfindən verilmiş “Azərbaycan Respublikasının Təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il iyun, “Dövlət Dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 19 avqust tədbiq edilməsi barədə 2003-cü il 2 yanvar tarixli fərmanları, sərəncamları təhsilimizin dünya standartlarına qaldırılmasına müstəsna rol oynadı. Eyni zamanda qeyd etməliyik ki, Azərbaycan tarixinin coğrafiyasının,ədəbiyyatının tədrisinə, mükəmməl dərsliklərin hazırlanmasına Azərbaycan dilinin öyrənilməsinə, dövlət dili statusunda təbliğinə nəzarət artırıldı və individual yanaşma tətbiq olundu. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” 2022-ci il 4 oktyabr tarixli, “ Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasın dair proqramın (2003-2007) təsdiq edilməsi haqqında 2003-cü il 17 fevral tarixli sərəncamları ümumtəhsil məktəbləri şəbəkəsinin genişlənməsinə, maddi-texniki bazasının möhkəmlənməsinə etibarlı zəmin yaratdı. 2001-ci il 3 sentryabr tarixli fərmanla ali məktəb tələbələru üçün prezident təqaüdü təsis edərək gənclərin təhsilə həvəsləndirilməsi üçün mühüm addım atdı. “Mən dünyada müəllimdən yüksək ad tanımıram” deyən Ümummili Lider Heydər Əliyevin siyasin kursunun prioritet istiqamətlərinmdən biri də müəllimlərə xüsusi münasibət, onların əməyinin yüksək qiymətləndirilməsi, cəmiyyətdə müəllim nüfuzunun yüksəldilməsi, təhsil işçiləriin maddi vəziyyətinin, sosial rifahının yaxşılaşdırılması qayğıları idi və bütün fəaliyyəti dövründə bu istiqamətdə mühüm işlər görərək gözəl ənənələr yaratmışdır.” Biz hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.... Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hissinə malik olan insanlardır. Ümummili Lider Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqəti onun siyasi irsinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Respublika Prezidenti ilham əliyev tərəfindən də uğurla davam etdirilmiş, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində mühüm addımlar atmışdır. Azərbaycan müəllimlərinin XIV Qurultayı iştirakçılarına təbrik məktubunda Prezident İlham Əliyev demişdir: “Azərbaycanın əldə etdikləri bütün nəaliyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intelektual potensialının formalaşmasında böyük xidmətləri vardır”. Dahi şəxsiyyət Heydər Əliyevin memarı olduğu Azərbaycan Respublikası bu gün dünya düzənini müəyyənləşdirəcək güc mərkəzlərinin hesablaşdığı varlı, inkişaf etmiş, güclü orduya malik, torpaqlarını azad etmiş, qürurlu məğrur dövlətdir. “Kosmik ailə”nin üzvü, müxtəlif sahələrə aid öz modelini yaradaraq ixrac edən, nümunə olan, Böyük Turan Birliyini qurmağı hədəflləmiş dünya dövlətidir. Bütün bu qazanılan və qazanılacaq neçə neçə uğurların sarılmaz əsası Ulu Öndər Heydər Əliyevin fenomenal təhsil siyasətinin məntiqi nəticəsidir. “Təhsilimizin məqəsdi gənc nəsilə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun” Heydər Əliyev. Cəmilə Nəcəfova Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı 35 saylı ərazi partiya təşkilatının sədr müavini Laçın Rayon 10 saylı Tam Orta Məktəbinin direktor müavini Geri dön |