Ana Sayfa > Seçki 2024 > Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib


30-03-2023, 21:43. Yazar: sevinc1
Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

aia.az xəbər verir ki, Şirvan şəhər İcra Hakimiyyətinin və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri Musa Quliyev, İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB yanında Şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri ağacəkmə aksiyasında Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında 250-dən çox şam ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

Aksiyanın təşkil edilməsində əsas məqsəd Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaq və ekoloji problemlərə qarşı mübarizəyə səsləməkdir.
Ağacəkmə aksiyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.

Geri dön