Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Gürcüstanda keçmiş nazir müavinini başından vurdular
Gürcüstanda keçmiş nazir müavinini başından vurdular29-08-2015, 15:26. Yazar: admin |
Silahlılar pusqu qurublar. Gürcüstanda daxili işlər nazirinin sabiq müavini Levan Qvazavaya silahlı hücum edilib. Aia.az İnterfax-a istinadən xəbər verir ki, hücum zamanı L.Qvazava başından yaralanıb və ağır vəziyyətdə İnqorokva klinikasına çatdırılıb. Hal-hazırda daxili işlər nazirinin sabiq müavini komadadır. Gürcüstan Baş Prokurorluğundan verilən məlumata əsasən, silahlılar Qvazavanın Tiflis-Tabaxmela avtomobil yolunda mühasirəyə alaraq atəşə tutublar. Hadisə zamanı Qvazava ağır yaralanıb, onu müşayiət edən qohumu Rezo Kalomletsavi isə yerindəcə keçinib. Geri dön |