Ana Sayfa > Özəl > Çin Rusiya ilə hərbi əməkdaşlıq etməyə hazırdır

Çin Rusiya ilə hərbi əməkdaşlıq etməyə hazırdır


30-03-2023, 12:21. Yazar: sevinc1
Çin Rusiya ilə hərbi əməkdaşlıq etməyə hazırdır

RİA Novostinin yaydığı məlumatda bildirilir ki, Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefey bəyan edib ki, Çin ordusu Rusiya ilə hərbi əməkdaşlıq etməyə hazırdır.

"Çin ordusu, Rusiya ordusu ilə birlikdə iki liderin əldə etdiyi konssesusu həyata keçirməyə, gələcəkdə strateji koordinasiya və kommunikasiyaların gücləndirilməsinə hazırdır"- deyə nazirliyin nümayəndəsi bildirib. Bununla yanaşı Tan Kefey əlavə edib ki, Rusiya Çin hərbi əməkdaşlığı hərbi alyans deyil və üçüncü dövlətlərə qarşı yönəlməyəcək.

Müdafiə nazirliyinin rəsmisi bildirib ki, Çin və Rusiya hərbi qüvvələri strateji koordinasiyanı gücləndirmək üçün, dənizdə və quruda hərbi təlimlər keçirməyi planlaşdırır.

aia.az

Geri dön