Ana Sayfa > Siyasət / Özəl > Hindistan Kanadadakı diplomatik missiyaları qarşısında keçirilmiş aksiyalardan narahatlığını bildirib

Hindistan Kanadadakı diplomatik missiyaları qarşısında keçirilmiş aksiyalardan narahatlığını bildirib


30-03-2023, 12:14. Yazar: sevinc1
Hindistan Kanadadakı diplomatik missiyaları qarşısında keçirilmiş aksiyalardan  narahatlığını bildirib

Kanadanın Hindistandakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirin diqqətinə Hindistanın Kanadadakı səfirliyi qarşısında ekstremist qrupların keçirdiyi etirazlarla bağlı Yeni Dehlinin narahatlığı çatdırılıb. Bildirilib ki, aksiyalar zamanı Kanada hüquq-mühafizə orqanlarının hərəkətsizliyi Hindistanda hiddətlə qarşılanıb. Bu barədə “RİA Novosti” agentliyi yazır. Agentliyin yayımladığı məlumata görə, Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Hindistan hökuməti polisin gözü qarşısında bu cür elementlərin diplomatik nümayəndəlik və konsulluqlarımızın təhlükəsizliyini təhdid etməsinə necə yol verildiyi barədə izahat tələb edib”.

Bəyanatda həmçinin kanadalılara Vyana Konvensiyasına əməl etməli və bu Konvensiyada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməli olduqları xatırladılıb. Bundan əlavə, Hindistan departamentində Kanada səfirinə bildirilib ki, Yeni Dehli həm Hindistan diplomatik missiyasının və konsulluqlarının təhlükəsizliyini təmin etmək, həm də ekstremistləri tutmaq və cəzalandırmaq üçün Ottavanın lazımi tədbirlər görəcəyinə ümid edir.

aia.az
Geri dön