Ana Sayfa > Özəl / Şou-biznes > Vüsalə Əlizadə: “Bu, dəhşətli haldır”

Vüsalə Əlizadə: “Bu, dəhşətli haldır”


30-03-2023, 12:11. Yazar: sevinc1
Vüsalə Əlizadə:  “Bu, dəhşətli haldır”


Aparıcı Vüsalə Əlizadə avtomobil dayanacaqlarının olmamasından şikayət edib.

Aparıcı bu haqda “7 canlı” verilişində danışıb. Parklama yerlərində dayanan şəxslərin çox pul istəməyini heç də yaxşı hal kimi dəyərləndirməyib:

“Bu məsələ haqda aparıcı kimi yox, bir vətəndaş kimi mövqeyimi bildirmək istəyirəm. Eyni zamanda istəmirəm bunu kimsə pis tərəfə yozsun, çünki biz də sözümüzü deyə bilərik. Ən azından da bu səlahiyətimiz var ki, canlı efirdəyik. Düşünürəm ki, nə zamansa, bunun bir çarəsi olacaq. Çünki şəhərimizdə parklama dəhşətli dərəcədə çox pis vəziyyətdədir. Hara gedirik, bundan əziyyət çəkirik. Yer tapsaq da, qanunsuz park xidməti göstərənlər var. Hər gün bu insana 1 manat ödəniş edirsən, gəlib deyir ki, 5 manat ver. Qazandığımı park yerlərinə ödəyəcəm? Nədir ki, mağazanın, gözəllik salonunun qarşısında dayanmışam. Bu dəhşətli haldır”.

aia.az
Geri dön