Ana Sayfa > Özəl / Təhsil > 31 mart soyqırımının 105-ci ildönümü anılıb

31 mart soyqırımının 105-ci ildönümü anılıb


30-03-2023, 11:55. Yazar: sevinc1
31 mart soyqırımının 105-ci ildönümü anılıb

Martın 29-da AMEA Azad Həmkarlar İttifaqı ilə birgə Tarix İnstitutunda 1918-ci il mart soyqırımının 105-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov erməni millətçiləri tərəfindən 1918-ci il mart- may aylarında xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin əsl mahiyyətindən danışıb.Bildirib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı xalqımızın XX əsr tarixinin ən qanlı səhifələrindən biridir.Həmin hadisələr zamanı 50 min azərbaycanlı qətlə yetirilib.
Daha sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov bildirib ki, son 20 ildə Tarix İnstitutunun əməkdaşları Azərbaycan dövlətinin tarixi haqqında kifayət qədər əsərlər hazırlamışlar. Bu əsərlərdə tariximiz obyektiv şəkildə işıqlandırılmışdır. 1946 - cı ildə Birləşmiş Millətlər Təşkilatı bununla bağlı qətnamə qəbul edib.1948-ci ildən soyqırım törədənlərə cəzalar tədbiq edilməyə başlanılıb, çoxlu sayda cinayət məhkəmələri təşkil olunub. Soyqırım beynəlxalq aləmdə genosit kimi adlanır. Məruzəçi ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini Azərbaycan həqiqqətlərinin dünya ictimaiyyətinə çatdıırılması istiqamətində atılan mühüm addım kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Ümummilli liderin bu sərəncamı ilə erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinə siyasi-hüquqi qiymət verildiyini söyləyib. Bununla da XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə milli yaddaş formalaşdırılıb.
Hər bir azərbaycanlının əsas vəzifəsi güclü dövlət naminə tariximizə etinasızlıq göstərməmək, onu dəqiq öyrənmək və ondan ibrət dərsi çıxarmaqdır. Azərbaycanlılara qarşı törədilmiş soyqırımın tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının yaşadığı acı hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilmək vacibdir.
Sonra tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov,tarix üzrə fələsəfə doktoru Kamran İsmayılov,tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açdılar. Qeyd edilib ki, 1918-ci ildə ermənilər azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə qanlı qırğınlar törədiblər.
Geri dön