Ana Sayfa > Özəl / Dünya > Meksikanın ABŞ-la sərhədində yerləşən müvəqqəti saxlanma mərkəzində baş verən yanğında 39 miqrant həlak olub
Meksikanın ABŞ-la sərhədində yerləşən müvəqqəti saxlanma mərkəzində baş verən yanğında 39 miqrant həlak olub30-03-2023, 11:33. Yazar: sevinc1 |
Meksikanın Milli Miqrasiya İnstitutu ABŞ-la sərhəddə yerləşən Çihuahua ştatının şimalındakı Syudad-Xuarez şəhərində miqrantların müvəqqəti saxlanma mərkəzində baş verən yanğında 39 nəfərin öldüyü barədə məlumat yayıb. Bu barədə REUTERS yazır. Meksika miqrasiya orqanlarının bəyanatında deyildiyi kimi, yanğın müvəqqəti saxlanma mərkəzinin yaşayış binasında bazar ertəsi yerli vaxtla saat 22-də başlayıb. “Saxlanma mərkəzində həmin vaxt Mərkəzi və Cənubi Amerikadan gələn 68 nəfər miqrant olub. Daha 29 miqrant yaralanıb və ağır vəziyyətdə 4 yerli xəstəxanaya çatdırılıb”, - Milli Miqrasiya İnstitutundan bildiriblər. Daha sonra yerli media mərkəzdə saxlanılan əcnəbilərin əksəriyyətinin Venesueladan olduğunu müəyyən edib. aia.az Geri dön |