Ana Sayfa > Karusel / Özəl / Dünya > Pan Gi Mun dünya iqtisadiyyatının bloklara bölünməsi təhlükəsindən danışıb

Pan Gi Mun dünya iqtisadiyyatının bloklara bölünməsi təhlükəsindən danışıb


30-03-2023, 10:54. Yazar: sevinc1
Pan Gi Mun dünya iqtisadiyyatının bloklara bölünməsi təhlükəsindən danışıb

Siyasi qarşıdurmaların güclənməsi dünya iqtisadiyyatının geosiyasi sərhədlərlə bir-birindən ayrılmış ayrı-ayrı ticarət bloklarına parçalanmasına yol aça bilər. REGNUM yazır ki, bu barədə BMT-nin keçmiş Baş katibi, Boao Asiya Forumunun direktorlar şurasının sədri Pan Gi Mun martın 27-də danışıb. Onun fikrincə Ukrayna ərazisindəki münaqişə enerji resurslarının və xammalın qiymətlərinin kəskin artmasına səbəb olub və bu münaqişənin sonu görünmədikcə, eskalasiyanın daha da ciddi iqtisadi nəticələrə gətirib çıxaracağı istisna edilmir. Pan Gi Mun əlavə edib ki, 2023-cü ildə dünyada iqtisadi vəziyyət daha da çətinləşəcək.

Daha əvvəl xəbər verildiyi kimi, Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, yüksək inflyasiya ilə mübarizə üçün mərkəzi banklar tərəfindən faiz dərəcələrinin kəskin artırılması fonunda qlobal iqtisadiyyat üçün risklər güclənib.

aia.az
Geri dön