Ana Sayfa > Gündəm > İnsan bu dünyada tacir kimidir ki, hər an səfərə çıxa bilər

İnsan bu dünyada tacir kimidir ki, hər an səfərə çıxa bilər


5-07-2016, 21:25. Yazar: admin
İnsan bu dünyada tacir kimidir ki, hər an səfərə çıxa bilər






Sübhan Allah insana xitab edərək buyurur: "Ey Adəm övladı!

1. "Ehtiyatını" çox et ki, "yol" uzaqdır, uzaq.
2. (Gəmini) təmir et ki, "dəniz" dərindir, dərin.
3. "Yükünü" boşalt və yüngülləşdir ki, yol dardır, dar.
4. "Əməlini" xalis et ki, hesab çəkən görəndir, görən.
5. Yatmağını təxirə sal və onu qəbrin daxili üçün saxla.
6. Fəxr etməyini "tərəzi" bərpa olan zaman üçün saxla.
7. Meylini (qəlbin istəklərini yerinə yetirmək) behişt üçün saxla.
8. Rahatlığını axirət dünyası üçün saxla.
9. Ləzzət aparmağını behişt üçün saxla.
10. Mənim üçün ol ki, Mən də sənin üçün olum.
11. Dünyanı yüngül hesab edərək Mənə yaxınlaş.
12. Pis əməl sahiblərini düşmən bilərək və yaxşı insanları dost hesab edərək özünü atəşdən uzaqlaşdır.
13. (Bil ki) Allah yaxşı əməl sahiblərinin mükafatını məhv etməz".
Aia.Az deyerler.org-a istinadən bildirir ki, adətən insan bir yola çıxan zaman yol ehtiyatı götürər və yol üçün götürdüyü şeyləri bir daha gözdən keçirər. Yolda nə qədər qalacağını hesablayar və özünü ona hazırlayar. Əgər ticarət üçün gedirsə, lazım olan əşyaları almaq üçün çalışar. (Tebyan)
İnsan bu dünyada tacir kimidir ki, hər an səfərə çıxa bilər.
Əmirəl-möminin (ə) dəfələrlə bu həqiqəti insanlara çatdırmağa çalışmış və buyurmuşdur: "Təchiz və hazır olun. Allah sizə rəhmət etsin ki, aranızda köçmək nidası verilmişdir".
Ona görə də ey, Adəm övladı! Ən ali həyata və üstün istəklərə nail olmaq üçün bu dünyada həqir istəklərindən əl çək və kiçik istəkləri qurban verərək, daha ali istəklərə malik ol. Bu cavidan səadətdir ki, təqva əhlinin müştaqıdır.


aia.az
Geri dön