Ana Sayfa > Ölkə > Vilayət Eyvazov Sabirabadda vətəndaşları qəbul edəcək
Vilayət Eyvazov Sabirabadda vətəndaşları qəbul edəcək29-03-2023, 17:47. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il aprel ayının 19-da Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur. aia.az Geri dön |