Ana Sayfa > Özəl > Tarixin sınağı
Tarixin sınağı29-03-2023, 14:55. Yazar: sevinc1 |
aia.az xəbər verir ki, Masallı Tarix-Diyarşünaslıq muzeyinin növbəti tədbiri 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuşdu. “Tarixin sınağı” mövzusunda keçirilən tarix dərsin iştirakçıları Şəhid İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri idilər. 31 mart soyqırımı qurbanlarının və Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla başlanan tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət işçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva 1918-ci ilin 30 mart - 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktından geniş söhbət açdı . Daha sonra söz alan tarix müəllimi Sevil xanım tarix boyu ermənilərin azərbaycanlılara qarşı böyük faciələrlə nəticələnən soyqırımı törətdiyini bildirdi. Muzeyin əməkdaşı Çingiz Qurbanov isə mövzu ilə bağlı geniş məruzə etdi O, dedi:- 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirməsinə başlayaraq, minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələri, məktəbləri, xəstəxanaları, məscidləri dağıdılıb, xarabalığa çevrilib. Qatı düşmənimiz olan ermənilər həmişə xalqımıza qarşı məkrli siyasət aparmış, bu vandal millət indinin özündə də bəd əməllərinə son qoymaq istəmir... Mövzu ətrafında şagirdlərin fikirləri dinlənildi. Axırda tədbir iştirakçıları muzeydə yaradılan “31 mart Soyqırımı” adlı fotosənədlərdən ibarət sərgiyə baxdılar. Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |