Ana Sayfa > Özəl > Xəzər rayonunda ümumtəhsil məktəbləri arasında "Sərhəd" hərbi-idman oyunları keçirilib
Xəzər rayonunda ümumtəhsil məktəbləri arasında "Sərhəd" hərbi-idman oyunları keçirilib29-03-2023, 12:35. Yazar: sevinc1 |
aia.az xəbər verir ki, Martın 28-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 156 nömrəli tam orta məktəbdə Xəzər rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdlərindən ibarət komandalar arasında "Sərhəd" hərbi-idman oyunlarını keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Polkovnik-leytenantı Cavid Əmirov, Polkovnik-leytenant Azər Çobanov, Mayor Ramin Şamıyev, Gizir Kərim Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzinin əməkdaşı Mürsəl Qurbanov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov, məktəbin direktoru Gülər İsmayılova və məktəblər üzrə hərbi rəhbərlər iştirak ediblər. Tədbirdə "Sərhəd" hərbi-idman oyunlarının keçirilməsinin mühüm əhəmiyyətindən bəhs edilib. Gərgin mübarizə şəraitində keçən oyunun yekun nəticələrinə görə birinci yer185 nömrəli tam orta məktəb, ikinci yer26 nömrəli tam orta məktəb və üçüncü yer 216 nömrəli tam orta məktəb layiq görülüblər. Yarışda qalib komandalar Gənclər və İdman İdarəsi tərəfindən diplomla, həmçinin digər yüksək nəticə göstərən komandalar müvafiq dərəcəli diplomlarla təltif ediliblər. Geri dön |