Ana Sayfa > Özəl > Norveçin Gürcüstandakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb

Norveçin Gürcüstandakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb


29-03-2023, 12:22. Yazar: sevinc1
Norveçin Gürcüstandakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb

TASS “Rustavi-2” telekanalına istinadən xəbər verir ki, Norveçin Gürcüstandakı səfiri Helen Sand keçmiş prezident Mixail Saakaşviliyə Sjur Lindebrekke mükafatının təqdim edilməsi ilə əlaqədar respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomat jurnalistlərə insidentlə bağlı şərh vermədən Xarici İşlər Nazirliyini tərk edib.
Xatırladaq ki, martın 25-də Osloda Saakaşviliyə demokratiya və insan haqları sahəsində nailiyyətlərə görə mükafat verilib. Bundan sonra Norveçin Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Respublikanın baş naziri İrakli Qaribaşvili bildirib ki, eks-prezidentə mükafatın təqdim edilməsi norveçli terrorçu Anders Breyviki mükafatlandırmağa bərabərdir.
Geri dön