Ana Sayfa > İqtisadiyyat > Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib


28-03-2023, 22:10. Yazar: sevinc1
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib.

aia.az xəbər verir ki, 28 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycanda Nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Nuno Queiros ilə görüşü baş tutub.
Komitənin sədri qonağı yeni təyinat münasibətilə təbrik edərək ölkəmizdə salamlayıb, müxtəlif sahələrdə BMTİP ilə əməkdaşlıq imkanlarına toxunub. BMTİP Nümayəndəliyinin rəhbəri Komitə sədrinə minnətdarlığını bildirərək, öz növbəsində iki qurum arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib.
Daha sonra tərəflər Azərbaycanda “Şəhərsalma nəzarətinin elektron sistemi” birgə layihəsinin cari vəziyyəti, onun yaxın bir zamanda reallaşdırımasına dair növbəti addımlar barədə ətraflı müzakirələr aparıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi şəhərsalma sahəsində elektron nəzarət sisteminin yaradılması, baş verən özbaşına tikinti və söküntü hallarının çevik şəkildə aşkar edilməsi ilə müvafiq tədbirlərin görülməsi, nəticə etibarı ilə isə şəhərsalma və tikinti fəaliyyətlərinə dövlət nəzarətinin daha da gücləndirilməsidir.
Geri dön