Ana Sayfa > Özəl > Rusiyada qətllərin sayı kəskin artdı

Rusiyada qətllərin sayı kəskin artdı


28-03-2023, 15:00. Yazar: sevinc1
Rusiyada qətllərin sayı kəskin artdı

Rusiyada son 20 ildə ilk dəfə qətllərin və adam öldürməyə cəhdlərin sayı artıb.

aia.az xəbər verir ki, bu barədə “Travmpunkt” vəkil birliyinin hesabatında qeyd olunub.

“2022-ci ilə kimi Baş Prokurorluq qətl və sui-qəsdlərin sabit azalma vəziyyətində olduğunu göstərirdi. Əgər 2002-ci ildə bu rəqəmlərin sayı 32265 idisə, 2021-ci ildə 7332-yə düşmüşdü. Lakin 2022-ci ildə rəqəmlər birdən-birə 4 faiz (7628) artdı”, - hesabatda qeyd olunub.

Hesabat müəllifləri bildiriblər ki, qətl və sui-qəsdlərin artımı Ukrayna ilə sərhəd rayonlarında qeydə alınır. 2021-ci illə müqayisədə Belqorod vilayətində bu rəqəm 52-dən 102-yə, Kursk vilayətində isə 58-dən 89-a qalxıb. Artım Tambov (26-dan 44-ə), Kirov (45-dən 62-yə), Buryatiya (134-dən 177-yə) və Moskva vilayətində də (269-dan 413-ə) qeydə alınıb.

aia.az
Geri dön