Ana Sayfa > Ölkə > Oqtay Əliyevin öldüyü qəzada xəsarət alan Xalq artistinin son durumu:
Oqtay Əliyevin öldüyü qəzada xəsarət alan Xalq artistinin son durumu:28-03-2023, 15:57. Yazar: sevinc1 |
Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Xalq artisti Mehriban Zəkinin səhhətindən danışıb. Vüsal Murtuzəliyev Teleqraf.com-a açıqlamasında deyib ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalındadır: “Mehriban Zəkini xəstəxanada ziyarət edirik, tez-tez danışırıq. İnşallah, yavaş-yavaş düzələcək. Xəstəxanadan nə zaman çıxacağı bilinmir. Hələ müalicələri davam edir. Qolunda və qabırğasında çat var”. O, bacısı Dilarə Əliyeva haqda belə deyib: “Toparlanmağa, özünə gəlməyə çalışır”. Vüsal Murtuzəliyev qəza zamanı dünyasını dəyişən Oqtay Əliyevin ölüm səbəbinin araşdırılmasından da danışıb: “Hələ analizlərin cavabı məlum deyil. Yaxın günlərdə bilinəcək”. aia.az Geri dön |