Ana Sayfa > Özəl > Kanadada yanlış kremasiya hallarının sayı artır
Kanadada yanlış kremasiya hallarının sayı artır28-03-2023, 15:12. Yazar: sevinc1 |
Kanada Dəfn Agentlikləri Assosiasiyasının prezidenti deyir ki, son beş ildə Yeni Şotlandiyada iki səhv kremasiya halının yer alması bu sahədə qaydaların sərtləşdirilməsi məsələsini gündəmə gətirib. Toronto dəfn bürosunun direktoru Allan Koula görə isə, artıq cəsədləri müəyyən etmək və izləmək yolları haqqında danışmağa dəyər. Milli hakimiyyət orqanları qeyri-qanuni kremasiyalara görə dəfn bürolarının əməkdaşlarının məsuliyyət daşımalı olduqlarını israr edirlər. Lakin bəzi səhiyyə ekspertləri buna qarşı çıxırlar. Vancouverok.com yazır ki, Kanadanın çox az əyalətinin qanunvericiliyində cəsədlərin kremasiyası prosesinə nəzarətin kim tərəfindən və necə həyata keçirilməsinə dair konkret müddəalara rast gəlmək olar. aia.az Geri dön |