Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda ipoteka kreditləri dayandı
Azərbaycanda ipoteka kreditləri dayandı5-07-2016, 16:07. Yazar: admin |
Azəbaycan İpoteka Fondu (AİF) iyulun 1dək müvəkkil banklar vasitəsilə ölkə miqyasında ümumilikdə 730 mln. 802,42 min manatlıq 17 min 997 ipoteka krediti verilib. BAKU.WS-in "Marja"ya istinadən xəbərinə görə, bu göstəricilər iyunun əvvəlindəki rəqəmlərlə eynidir. Yəni ötən ay potensial borc alanlar mənzil üçün kredit almayıb. Mayda isə hər biri 50 min manat olan 2 kredit verilib. Apreldə də 93,02 min manatlıq 2 kredit verilib. Xatırladaq ki, ötən il borc alanlar üçün daha səmərəli olub – 97 mln. 273,98 min manatlıq 2 min 146 kredit verilib. Mənzil üçün kreditlər 2006-cı ildən AİF vasitəsilə verilir, 2007-ci ilin ikinci yarısından sosial seqment (illik 4% 50 min manata qədər) faktiki olaraq yoxdur. İndi isə kommersiya ipoteka kreditlərinin (illik 8%-lə 50 min manata qədər) verilməsi dayanıb. Səbəb kreditin səlahiyyətli maliyyə strukturları üçün mənfəətin olmamadır. Onlar istehlak (ildə 20%-dən 40%-a qədər) və sahibkarlıq (12%-dən 18%-ə qədər) kreditlərindən daha çox qazanır. Geri dön |