Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > COVID-19 pasportu ilə bağlı bəzi tələblər ləğv edilir
COVID-19 pasportu ilə bağlı bəzi tələblər ləğv edilir27-03-2023, 15:33. Yazar: sevinc1 |
Azərbaycanda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) ilə bağlı bəzi tələblər ləğv edilir. aia.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, aşağıdakı hallarda COVID-19 pasportu tələbi ləğv edilir: 1.2.1. xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı; 1.2.2. müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün aia.az Geri dön |