Ana Sayfa > Qərbi Azərbaycan > Ötən il 2877 xəstə ilk dəfə vərəmə yoluxub
Ötən il 2877 xəstə ilk dəfə vərəmə yoluxub27-03-2023, 15:14. Yazar: sevinc1 |
2022-ci ildə Azərbaycanda 2877 xəstə ömründə ilk dəfə olaraq vərəm xəstəliyinə yoluxub. aia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib. O bildirib ki, xəstələnmə göstəricisi - 100 000 respublika əhalisinə - 28,4 təşkil edib. "Təkrar (residiv, uğursuz müalicədən sonra, müalicəsini dayandırılması ilə əlaqədar, nəzarətdən yayılan və digər xəstələr) - 2292-dir: "Yalnız residivi olan bu rəqəmdən (yəni, sağalandan sonra vərəm ilə yenidən yoluxan xəstə) - 1112 təşkil edib. Cəmi 2022-ci ildə 5169 xəstə rəsmi qeydiyyatdadır. Vərəm Mikobateriyasının həssaslığı qorunmuş xəstələrin sayı - 1301 ilkin xəstələr arasında, 1494- təkrar xəstələr arasındadır. Bu rəqəmlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müəyyənləşdirilib". aia.az Geri dön |