Ana Sayfa > Siyasət / Özəl / Cəmiyyət > 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi


27-03-2023, 14:15. Yazar: sevinc1
44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi

Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradacaqdır.
Hər zaman olduğu kimi, Qarabağın yenidənqurma işlərində də Türkiyə-Azərbaycan qardaşlığı birgədir, işğaldan azad edilmiş torpaqlarımızın yenidən tikilib qurulmasında Türkiyə dövləti yaxından iştirak etməkdədir. Azad edilmiş ərazilərdə start verilmiş bərpa quruculuq işlərini həyata keçirtmək üçün təbii ki, ilk kontraktlar Türkiyə dövləti ilə imzalanıb. Görüləcək böyük həcmli işlər birgə həyata keçiriləcək, Türkiyə şirkətlərinin burada fəaliyyəti üçün yeni imkanlar yaranacaq.Sevindirici haldır ki, rayonumuzun ərazisindən keçən, böyük strateji əhəmiyyətə malik Füzuli- Şuşa avtomobil yolunun inşasında da türk şirkətləri yaxından fəaliyyət göstərməkdədir. Tikintisində qardaş Türkiyə dövlətinin nüfuzlu şirkətlərinin fəal iştirak etdiyi, regionun eləcə də rayonumuzun gələcək inkişafında xüsusi əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanının artıq bu gün açılışı reallaşır. Bu tarixi və xoşbəxt günümüzdə qardaş Türkiyə dövləti sevincimizə şərikdir. Belə ki, Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Hava Limanının açılışında iştirak etdi. Azərbaycan xalqı və dövləti olaraq, Türkiyənin dəstəyini hər zaman hiss etmişik.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəlmişdir.
44 günlük müharibədəki böyük qələbədə qardaş Türkiyənin danılmaz payı var. Təsadüfi deyil ki, cəbhə bölgəsindəki ən xırda uğurumuzu Türkiyədə böyük coşqu ilə qeyd edirdilər. 44 günlük müharibə dövründə Türkiyə siyasilərinin nümayiş etdirdikləri birlik və həmrəylik çox qürurverici idi.
Türkiyə siyasilərinin Azərbaycanın hüquqları uğrunda nümayiş etdirdikləri el birliyi bəlkə də qardaş ölkə tarixində bir ilk idi. Türkiyə hərbi sənayesinin son nailiyyətlərinin İkinci Qarabağ müharibəsində tətbiqi dünyanı heyrətə saldı. “Bayraqtar-2” pilotsuz hücum təyyarələri sözün həqiqi mənasında ulduz müharibəsini xatırladırdı. Təsadüfi deyil ki, aparıcı xarici dövlətlər İkinci Qarabağ müharibəsini tarixin ilk “dron müharibəsi” kimi qeyd etdilər.
Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaqdır.

Leyla Haşumova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, YAP üzvü
Geri dön