Ana Sayfa > Özəl > CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN TƏŞƏBBÜSÜ İLƏ ANKARADA TDT-NİN FÖVQƏLADƏ ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLİB

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN TƏŞƏBBÜSÜ İLƏ ANKARADA TDT-NİN FÖVQƏLADƏ ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLİB


21-03-2023, 10:38. Yazar: sevinc1
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN TƏŞƏBBÜSÜ İLƏ ANKARADA TDT-NİN FÖVQƏLADƏ ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLİB

Cari ilin mart ayının 16-da Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm hadisədir. Dövlət başçılarının çıxışlarında əməkdaşlığın genişləndirilməsinə xidmət edən təşəbbüslərin irəli sürülməsi birliyimizi gücləndirəcək amillərdir. İlkin zamanda bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edərək digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu.

Görüş zamanı ölkə başçısı öz çıxışında qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadlarının və bu zaman on minlərlə insanın həyatına son qoyulmasının bizi olduqca kədərləndirdiyini bildirib. Cənab Prezident qeyd edib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olub. Azərbaycandan xilasedicilər, tibb personalı və könüllülər də daxil olmaqla 940 nəfər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.

Azərbaycan ilk gündən qardaş ölkənin yanında oldu, dəstəyini əsirgəmədi, fəlakət zonasına yardımlar yola salındı, xilasedicilər, həkimlər göndərildi: “Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən də zəlzələdən ziyan çəkənlərə yardımlar çatdırıldı. Bu nəcib missiya Fond tərəfindən bu gün də davam etdirilir. Vətəndaşlarımız da aktivliyini xüsusi olaraq qeyd etmək lazımdır. Bu barədə Zirvə görüşündə çıxışı zamanı dövlətimizin başçısı ətraflı danışdı, bu nümunənin başqa ölkələrdə inkişaf etdirilməsini tövsiyyə etdi. Prezidentimiz dişər önəmli məsələlərlə yanaşı qardaş Türkiyənin 44 günlük müharibədə Azərbaycana verdiyi dəstəyi də xüsusi olaraq vurğuladı. Əlavə etdi ki, 2020-ci ildə müharibənin ilk saatlarından başlayaraq son günə qədər Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Prezident İlham Əliyev qeyd etdi ki, 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmaqla əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıldı”.
Prezident İlham Əliyev Zirvə görüşündə bir daha işğalçı Ermənistana xəbərdarlıq mesajının ünvanlayaraq bildirdi ki, Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər: “Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir".

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön