Ana Sayfa > Özəl > ALMANİYA AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI DƏRİNLƏŞDİRMƏK ÜÇÜN SƏYLƏRİNİ ARTIRIR
ALMANİYA AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI DƏRİNLƏŞDİRMƏK ÜÇÜN SƏYLƏRİNİ ARTIRIR19-03-2023, 11:47. Yazar: sevinc1 |
Mart ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib. Bu səfər çərçivəsində dövlətimizin başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə, Kansler Olaf Şoltsla və bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə qarşılıqlı anlaşma, hörmət və etimad şəraitində keçən görüşləri, iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan fikir mübadiləsi bir daha Azərbaycan Prezidentinin beynəlxalq aləmdə nüfuzunun təsdiqi olmaqla Almaniyanın Azərbaycanın əhəmiyyətini qəbul etməsidir. Bir sözlə, Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişafı baxımından Azərbaycan Prezidentinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə üç saata yaxın davam edən uğurlu görüşləri bir daha dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada nümayiş etdirmiş oldu. Dövlət başçısı İlham Əliyev Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunduğunu deyib. Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna tələbatın artdığını qeyd edən dövlətimizin başçısı bildirib: "Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət limanında müəyyən tıxac yaranıb. Bir sözlə, biz çox ürəkdən çalışırıq və əlavə maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar icra olunmalıdır. Təbii ki, ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim tərəfdaşlarımız olacaqlar. Dövlət başçısı cənab İlham Əliyev Almaniyaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında qeyd etdi ki, Ermənistanla sülh sazişi imzalamaq barədə təşəbbüslə çıxış edib: “Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”. Almaniyanın Prezidenti və Federal Kansleri isə Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan ediblər. Beləliklə, Prezident İlham Əliyevin səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr Azərbaycanla Almaniya arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əlaqələrin davamlı olaraq inkişaf edəcəyini deməyə əsas verir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |