Ana Sayfa > Özəl > Sədr Anar Quliyevin rəhbərliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bütün resurs və potensiallar məqsədyönlü şəkildə səfərbər olunub

Sədr Anar Quliyevin rəhbərliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bütün resurs və potensiallar məqsədyönlü şəkildə səfərbər olunub


18-03-2023, 10:32. Yazar: sevinc1
Sədr Anar Quliyevin rəhbərliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bütün resurs və potensiallar məqsədyönlü şəkildə səfərbər olunub


İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurmuşdur. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təşkil olunmuş fəaliyyət nəticəsində ümumilikdə 11 şəhər və rayon ərazisində 12000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən həmin yaşayış evlərinə və obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər çəkmiş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir.
Bu gün ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə də mənfur düşmənin raket hücumları nəticəsində dağılan evlər və digər obyektlər yenidən qurulur. Qeyd edək ki, Gəncə 44 günlük Vətən müharibəsinin gedişində Ermənistan silahlı qüvvələrinin xain raket və artilleriya hücumlarından ən çox ziyan çəkmiş şəhərlərimizdəndir. Müharibə zonasından 100 km uzaqlıqda yerləşən şəhərə endirilən raket zərbələri nəticəsində 3800-dən çox yaşayış və qeyri-yaşayış obyekti dağıdılıb və ya qismən ziyan görüb. Artıq 2021-ci ildən başlayaraq sakinlərə dəymiş zərər xüsusi komissiya tərəfindən qiymətləndirildikdən sonra Gəncədə ziyan görmüş evlərin bərpası və ya tikintisi aparılır.
Diqqətəlayiq haldır ki, Vətən müharibəsinin başa çatmasından sonra keçən ilk 8 ay ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 6300-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə təmir-bərpa işləri və 65 fərdi evin tikintisi yekunlaşıb. Bu istiqamətdə fəaliyyətə başlamaq üçün Komitə 2021-ci ilin yanvar ayının sonundan etibarən ziyan dəymiş ərazilərdə təmir-tikinti işlərinə parallel olaraq start vermişdir: ilkin mərhələdə zəruri hazırlıq işləri aparılmış, məlumatlar aidiyyəti qurumlardan toplanılaraq siyahılaşdırılmış, iş həcmi dəqiqləşdirilmiş, ərazilər üzrə qəzalı və təmirə ehtiyacı olan fərdi yaşayış evləri, çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri olmaqla qruplaşdırılmış, həmçinin dağılmış və qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin bərpası üçün 2, 3, 4 və 5 otaqlı evlərin nümunəvi layihəsi hazırlanmışdır. Görülmüş işlər müxtəlif istiqamətlər üzrə həyata keçirilib: qismən dağıntıya məruz qalan evlər və sahibkarlıq obyektləri üzrə təmir işləri aparılıb, tikililərin divarları bərpa edilib, dam örtükləri, qapı-pəncərələri yenidən quraşdırılıb. Yenidənqurma və təmir-bərpası tələb olunan digər zərər çəkmiş obyektlər də mərhələli şəkildə zəruri tikinti materialları və texnika ilə təmin edilir, cəlb edilmiş işçi qüvvəsi tərəfindən işlər planlı şəkildə davam etdirilir.
Görülən işlərin intensivliyi belə deməyə əsas verir ki, qarşıya qoyulmuş dövlət tapşırıqlarının vaxtında və effektiv şəkildə icrası üçün sədr Anar Quliyevin rəhbərliyi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bütün resurs və potensiallar məqsədyönlü şəkildə səfərbər olunub. Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğalçı erməni silahlı qüvvələrinin xain hücumları nəticəsində Azərbaycanın dinc şəhər, rayon və digər yaşayış məntəqələrinə külli-miqdarda ziyan vurulması, həmçinin işğal altında olan ərazilərdə Ermənistan tərəfindən urbisid aktlarının həyata keçirilməsi barədə müvafiq beynəlxalq qurumların məlumatlandırılması istiqamətində də məqsədyönlü addımlar atılır. O cümlədən, 2022-ci ilin iyun ayında keçirilmiş Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası çərçivəsində təşkil olunan nazirlər səviyyəsində dəyirmi masada etdiyi çıxışında cənab Anar Quliyev dayanıqlı şəhərsalma konsepsiyasının Azərbaycan üçün ölkəmiz öz ərazilərini 30 il davam edən işğaldan azad etdikdən sonra daha yüksək dəyər qazandığını qeyd edib. Komitə sədri tədbir iştirakçılarının diqqətinə çatdırmışdı ki, erməni işğalı zamanı urbisid, kulturesid və ekosid nəticəsində 300-dən çox şəhər və kənd, mədəniyyət və dini obyektlər tamamilə dağıdılıb. Bundan başqa, münaqişəyə məruz qalmış ərazilərin minalarla böyük dərəcədə çirklənməsi və dəqiq mina sahəsi xəritələrinin olmaması şəhərsalma, reabilitasiya və yenidənqurma işlərinin səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır.
Lakin bütün bu maneələrə baxmayaraq Azərbaycan müasir şəhərsalma mexanizmlərini tətbiq etməklə və “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji və sıfır emissiya zonası” əsasında şəhərlərin yenidən qurulmasına başlayıb və artıq nəzərəçarpacaq nəticələr əldə edib. Birmənalı olaraq demək lazımdır ki, görülən işlərin yüksək intensivlik və səmərəliliklə həyata keçirilməsinə Anar Quliyevin rəhbərlik etdiyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də əməkdaşları öz dəyərli töhfələrini verməkdə davam edirlər.

Qoşqar Haqverdiyev
Geri dön