Ana Sayfa > Cəmiyyət > Niyazi Bayramov “Təmiz şəhər” aksiyası çərçivəsində aparılan işlərlə tanış olub

Niyazi Bayramov “Təmiz şəhər” aksiyası çərçivəsində aparılan işlərlə tanış olub


17-03-2023, 15:09. Yazar: sevinc1
Niyazi Bayramov “Təmiz şəhər” aksiyası çərçivəsində aparılan işlərlə tanış olub

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən “Təmiz şəhər” aksiyası çərçivəsində təmizlik və abadlıq işlərinə start verilib.

aia.az xəbər verir ki, icra başçısı şəhərin müxtəlif ərazilərində aparılan işlərlə yerində tanış olub. Şəhər rəhbərinə bildirilib ki, MKT İB-nin xüsusi texnika və canlı qüvvələri tərəfindən küçə və prospektlərin, səki kənarlarının, işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, dayanacaqların bərpası və təmizlənməsi həyata keçirilir. Həmçinin şəhər ərazisində yerli iqlimə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngarəng güllərdən kompozisiyalar yaradılıb, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri aparılır. Mövsümlə əlaqədar yaşıllıqlara aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir.

Park və xiyabanlara, küçələrə gözəllik verən güllər, həmişəyaşıl kollar əkilib. Həyata keçirilən aksiya şəhər ərazisində bahar təravəti yaratmaqla xalqımızın ən qədim bayramlarından biri hesab olunan Novruza hazırlıq məqsədi daşıyır.

Görülən işlərlərlə tanış olan Niyazi Bayramov müvafiq tapşırıq və tövsiyələrini verib. İcra başçısı şəhər sakinləriylə də ünsiyyətdə olub. Sakinlər görülən işlərdən məmnunluqlarını ifadə edərək şəhər rəhbərinə minnətdarılqarını bildirib, onunla şəkil çəkdiriblər.

Azər Tağızadə
aia.az

Geri dön